Yeni Hyundai Genesis (FOTO)
  • Hyundai yeni fantastik Genesis konseptini təqdim etdi!

Detroyt avtosalonunda təqdim edilən Hyundai HCD-14 konseptual sedanı Koreya markasının gələcək premial modellərinin təkcə dizaynını deyil, həm də onun ən son texnoloji uğurlarını da nümayiş etdirir.

Mərkəzi konsol sürücünün ondan ən rahat bir şəkildə istifadə edə bilməsi üçün hesablanıb. O, assimetrikdir və üzərində klimat sistem və multimedia kompleksinin idarə edilməsi üçün düymələr, demək olar ki, yoxdur.

İnsanla qarşılıqlı əlaqə onun gözlərinin hərəkətini və əllərinin havada etdiyi jestləri izləyən qurğu vasitəsilə yerinə yetirilir. Sistemi idarə etmək üçün sürücünün lazımi funksiya üzərində baxışlarını tutmaq və əlinin jest hərəkəti ilə onu aktivləşdirmək kifayətdir. Bunun sayəsində əl ilə idarəetməyə ehtiyac qalmır.

Əvvəllər məlumat verilmişdi ki, ilk xəbərçisi HCD-14 konsepti olan yeni nəsil Hyundai Genesis 2014-cü ildə debüt edəcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.