Fantastik Mercedes-Benz SLS AMG sportkar (FOTO)
  • Alman tüninq bürosu McChip əlavələrlə işlədiyi Mercedes-Benz SLS AMG sportkarı təqdim edib.

Avtomobil əvvəllər apqreyd edilmiş mühərriklə yanaşı kuzovu üçün yeni tərtibat əldə edib və asması modernizə edilib. Görülmüş işi almanlar 97 997 avro qiymətləndiriblər. İlk anda bu məbləğ adamı şaşırda bilər, lakin bu şaşqınlıq yalnız istənilən avtomobilə meydan oxuyan bu 706 at gücünə sahib bədheybətlə yaxından tanış olanadək davam edəcək.

V8 mühərrikin ayarlanması paketi 78 999 avroya başa gələcək. Bura elektron idarəetmə bloku üçün təzə proqram təminatı, Capristo idman xaricetmə sistemi və mexaniki kompressor daxildir. Bu detallar sayəsində güc aqreqatının verimi 571 a.g. və 650 Nm fırlanma anından 706 a.g. və 793 Nm fırlanma anınadək artacaq.

Asmanın zavod detallarının dəyişdirilməsi ilə yenilənməsi alıcıya daha 12 999 avroya başa gələcək. Kupenin kuzovuna iki rəngli zərif CoverEFX təbəqəsinin çəkilməsi ilə eksteryer fərdiləşdiriləcək və bunun üçün 5 999 avro ödəmək lazım gələcək. Boz tutqun rəngli kuzov tutqun qırmızı aksentlərlə çox gözəl təzad əmələ gətirir. Hətta təkər diskləri belə iki rəng variantında işlənib

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.