Maserati Detroit Quattroporte (FOTO)
  • Altıncı nəsil idman sedanın eksteryer və salonu yeni dizayn əldə edib. Avtomobilin salonu indi bundan əvvəlki versiyaya nisbətən daha iri və geniş olub.

İtaliya markasının fikrincə, həmin model Levante yolsuzluq avtomobili, orta ölçülü sedan Ghibli və hələlik adsız yığcam krossoverlə birgə 2015-ci ildə şirkətə avtomobil satış həcmini az qala on qat artıraraq ildə 50 min ədədə çatdırmağa imkan verəcək.

Altıncı nəsil idman sedanın eksteryer və salonu yeni dizayn əldə edib. Avtomobilin salonu indi bundan əvvəlki versiyaya nisbətən daha iri və geniş olub.

Quattroporte yanacağı birbaşa çiləyən iki tvin-turbo mühərriklə təchiz ediləcək. 3,0 litrlik altı silindrli mühərrik 404 a.g. və 550 Nm fırlanma anı, 3,8 litrlik V8 isə 528 a.g. və 710 Nm hasil edir. Onların hər ikisi səkkiz pilləli avtomat ötürücü qutu ilə birgə çalışır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.