Yeni model Honda Urban SUV (FOTO)
  • Honda şirkəti Detroyt avtosalonunda yeni konseptual yığcam krossover – Urban SUV Concept təqdim edib.

Baxmayaraq ki, təqdim edilən modelin konsept versiyasıdır, onun seriya modeli artıq bu ilin axırında Yaponiyada, gələn ilin əvvəlində ABŞ-da təqdim edilməlidir.

Çox da iri olmayan yolsuzluq avtomobili Jazz (Fit) heçbekin əsasında duran platforma üzərindədir və Earth Dreams ailəsinə məxsus qənaətcil mühərriklərlə təchiz edilib.

Yeni modelin özəlliyi onun yolsuzluq avtomobilləri üçün ənənəvi sayılan elementlərlə birgə çarpıcı idman dizaynıdır. Beşqapılı krossoverin vizit kartı onun işıqdiod fənərləri, arxa qapıların gizlədilmiş dəstəkləri və xüsusi formalı iri təkər diskləridir.

Honda Urban SUV şəhər krossoveri arxa sıra oturacaqlarının transformasiya imkanları olan geniş salona və növbəti nəsil telematik sistemə sahib olacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.