Samir Bağırovun özünü kişi hiss etdiyi dəqiqələr... (VİDEO)
  • Qeyri-adi oriyentasiyası ilə fərqlənən estrada müğənnisi Samir Bağırovun illər öncə Aygün Kazımova ilə sevgili olmaları ötən həftənin ən səs-küylü xəbəri oldu.

Bağırovun yaxın dostu, stilist Samiraldonun bu açıqlaması yerli mətbuatda bomba kimi partladı. Onun Samir Bağırovun iki qadının yanında kişi olduğunu hiss etdiyini və bu qadınlardan birinin Aygün Kazımova olduğunu bəyan etməsi ölkədə baş verən ictimai-siyasi hadisələri kölgədə qoydu desək yalan olmaz.

Düzdür, Samiraldo bu açıqlamasından bir gün sonra müəyyən səbəblər üzündən Aygün Kazımovadan üzr istəmək məcburiyyətində qalsa da, Samir Bağırov onun bu üzrxahlığının yersiz olduğunu bəyan etdi. Samiraldonun düz dediyini qeyd edən müğənni, Aygün Kazımovanı həqiqətən də çox sevdiyini söylədiyini dilə gətirdi.

Aygün Kazımovaya gəlincə həmkarı ilə bir vaxtlar sevgili olduqlarını nə təkzib etdi, nə də təsdiqlədi. Hər halda xalq artistinin reaksiyası mətbuatda öz əksini tapmadı.

Biz isə bu arada Samir Bağırovun Aygün Kazımovanın yanında özünü kişi hiss etdiyi kadrları tapıb sizə təqdim etməyi özümüzə borc bilirik. Buyurun, izləyin:

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.