Ayaz Mütəllibov "Statusla bağlı təklifimiz birdir"
  • Azərbaycan bütün bu illər ərzində Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Bu gün də o, bu mövqedədir.

O deyib: "Aydındır ki, yaxın gələcəkdə ölkə müdafiə potensialının gücləndirilməsi üzrə işləri zəiflətməmək şərtilə münaqişənin sülh yolu ilə həllini axtaracaq. Mən həmişə bu suala cavab verərkən çox mühüm bir fikri qeyd edirəm. Münaqişənin həlli daha çox, bəlkə də tam şəkildə Ermənistanın mövqeyindən asılıdır. Mən niyə belə deyirəm? Ona görə ki, Ermənistan güzəştə getmədən "İşğal olunmuş ərazilərin qaytarılması müqabilində Dağlıq Qarabağın müstəqilliyi" formulu üzərində israr edir. Bu da Azərbaycanın parçalanması deməkdir və bizim üçün qəbuledilməzdir. Bizim mövqeyimiz son dərəcə sadə və obyektivdir. İşğal olunmuş ərazilərin qaytarılması Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar edilməməlidir. Statusla bağlı təklifimiz birdir: “Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalır və ona geniş muxtariyyət verilır.”

Eks prezident Rusiyaya və onun münaqişənin güc yolu ilə həllinə münasibəti barədə danışarkən vurğulayıb ki, ondan Azərbaycanın hərbi əməliyyatlar keçirməsinə razılıq verməsini gözləmək real deyil. Qərb birliyi ölkələrinin razılığını da gözləmək sadəlövhlük olar. İlk növbədə, münaqişə edən tərəflər, hər iki xalq məsələnin sülh yolu ilə həllində maraqlı olmalıdır.

Jalə Suleymanqızı

(salamnews)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.