Bakı metrosunda qəribə olar
  • Bakı Metrosunun “Gənclik” stansiyasında qəribə hadisə baş verib. Paytaxt sakini, qatar hərəkət etdiyi vaxt bıçaq çıxararaq sərnişinləri qorxutmağa başlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, paytaxt sakini, 77 yaşlı Əşrəf Babayev qatar hərəkət etdiyi vaxt bıçaq çıxararaq sərnişinləri qorxutmağa başlayıb. Ə.Babayevin hərəkətləri nəticəsində kimsəyə ziyan dəyməsə də, sərnişinlər həyəcan keçirib.

Ə.Babayev saxlanılıb. Onun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

(Trend)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.