General Rasim Musayev Prezident Administrasiyasına çağrılıb
  • Dünən Gəncə Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, general-mayor Rasim Musayev Prezident Administrasiyasında olub.

Bu barədə Adminstrasiyadan məlumat verilib. Məlumata görə, təxminən 2 saat müddətində Administrasiyada olan generalın oradan çıxandan sonra halı pisləşib.

Rasim Musayev yanvarın 21-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilib və nazirliyin Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, R.Musayev öz xahişi ilə işdən çıxmaq haqqında ərizə yazıb.

Amma qeyri-rəsmi mənbələr R.Musayevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə münasibətlərinin kəskinləşməsi səbəbindən işdən uzaqlaşmağa məcbur olduğunu bildirirlər.

Daxili İşlər Nazirliyi  bu məlumatları həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar adlandırıb.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.