Qripə qarşı dondurma
  • Amerikada qeyri-adi dondurma istehsalına başlanılıb. Yeni dondurma bal, petkin, portağal və limon şirəsindən ibarətdir.

Bəzən isə onun tərkibinə istiotda qatılır. Onun əsas istiqaməti isə qripə qarşı müalicə vasitəsi olmasıdır. Belə ki, dondurmanın tərkibindəki bal qıcıqlanmanı yüngülləşdirir, şirələrdə isə soyuqdəymə və qripə qarşı mübarizə aparan bol C vitamini var. İstiot isə burunu təmizləyərək, tənəffüsü asanlaşdırır.

İstehsalçıların sözlərinə görə, bu dondurma tərkibinə baxmayaraq ağzı yandırmır, ancaq bir az acılıq hissi verir. "Dadlı dərman"ın fevral ayından satışa çıxarılması planlaşdırılır. Onun qiyməti isə 12 dollar olacaq.

Qeyd edək ki, bu cür dondurma istehsalı dünyada ilk deyil. Çexiyadakı kafelərdən birində müştərilərə şüyüd, hisə verilmiş ət, sarımsaq, piyvə dadlı dondurma təklif edirlər.

Vüsalə Telmanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.