Türkiyədə ağır yol qəzası baş verib
  • Sərnişin avtobusu yolun kənarındakı qayaya çırpılıb. Qəzanın səbəbi dəqiq bəlli olmasa da, yolların qarlı olması səbəblərdən biri kimi göstərilir.

Türkiyənin paytaxtı Ankarada ağır yol qəzası baş verib. Doğan xəbər agentliyinin verdiyi məlumata görə, sərnişin avtobusunun yolun kənarındakı qayaya çırpılması nəticəsində 4 nəfər ölüb, 51 nəfər isə yaralanıb. Yaralılardan 27-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı avtobus Van şəhərindən İstanbula hərəkət edirmiş. Qəzanın səbəbi dəqiq bəlli olmasa da, yolların qarlı olması səbəblərdən biri kimi göstərilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.