İran kosmosa meymun göndərdi
  • İran İslam Respublikası milli kosmonavtika tarixin bir “ilkə” imza atıb. İranlı alimlər (ilk dəfə olaraq) kosmosa meymun göndərə bilib.

Ölkənin dövlət telekanalı, meymunun “Pişqəm”adlı raketin göyərtəsində uğurlu şəkildə yerdən 120 kilometr hündürlüyü qalxdığı xəbərini yayıb.

Xəbərdə raketin buraxıldığı vaxt və yer haqqında təfsilatlara toxunulmasa da, meymunun sağ-salamat şəkildə Yer Planetinə qayıtdığı bildirilib.

İddia olunan son nailiyyət Tehranın çoxdan təqib etdiyi, “kainata müstəqil olaraq İran kosmonavtı yollamaq arzusunu bir qədər də yaxınlaşdırmış olub. Hələ ötən il ölkə rəsmiləri yeni kosmik mərkəz yaratmaq niyyətini bəllii edib. Bundan əvvəl, 2010-cu ildə, İran sınaq olaraq kosmosa siçan, tısbağa və müxtəlif soxulcanlar göndərib. Habelə heyvanların çoxu kosmik raket avadanlıqlarının sıradan çıxması və yenidən orbitə qayıtma texnologiyasının qüsurlu olması ucbatından məhv olub. İran 3 il əvvəl elan etdiyi heysiyyətli ayrokosmik proqramı ilə kainatda nailətlər axtarışında olsa da, ABŞ və Müttəfiqləri kosmik proqramın əslində “gözdən asılan pərdə”olduğunu və nüvə başlıqları daşıya biləcək uzaq-mənzilli raketlərin inkişafına hesablandığını iddia edir. İran bu iddiaları rədd edərək, yalnız enerji və tibbi məqsədlər üçün nüvə reaktorları yaratmağa çalışdığını bildirir.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.