Millət vəkili Hadi Rəcəbli TV-də söyüş söydüyünü etiraf etdi
  • “Mənim heç kəsdən üzr istəmək niyyətim yoxdur. Orada söyüş olub. Bu söz də cəm halında deyil, tək halda ifadə olunub. Söyüşün də ünvanı erməni gənci olub. Ermənidən üzr istəyərlər?”

 

Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bir neçə gün əvvəl AzTV efirində gəncləri təhqir etməsi ilə bağlı ittihamlara münasibətində söyləyib. Qeyd edək ki, buna cavab olaraq,  bir qrup gənc deputatın  onlardan üzr istəməsinə dair sosial şəbəkələrdə kampaniya başladıb. Əgər Hadi Rəcəbli onlardan üzr istəməsə gənclər “Özünsən” mesajını yazıb deputatın mobil telefonuna göndərəcək.

Komitə sədri deyib ki, o Azərbaycan gənclərini təhqir etmək niyyətində olmayıb: “Təəssüf ki, erməni lobbisinin təsiri altına düşüb, Azərbaycana qarşı kampaniya aparan gənclərimiz də var. Bu gənclər getdikləri yoldan dönməlidirlər”.

Sabina Əsədova

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.