Ələt-Astara yolunda sərnişin avtobusu aşıb
  • Ələt-Astara yolunda, Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, Salyan rayonunun Dayıkənd kəndi yaxınlığında, “İkarus” markalı sərnişin avtobusu “VAZ 21015” markalı avtomobillə toqquşub. Daha sonra avtobus yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

Hadisə nəticəsində minik avtomobilində olan 4 nəfər və avtobusun sürücüsü xəsarət alıb. Sərnişin avtobusunun ticarət mərkəzlərindən birindən rayona yük daşıdığı və içərisində sərnişinlərin az olduğu bildirilir.

Faktla əlaqədar araşdırmalar aparılır, ekspertiza təyin edilib.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.