Şou aləmində yeni qalmaqal başladı (VİDEO)
  • Şou aləmində yeni qalmaqal yaşandı. İki müğənninin sözü bir-birinin boğazından keçmədi. Flora Kərimova Aybəniz Haşımovanı ittiham edib.

“Oqtay Kazımi və Şövkət xanımın xatirə gecəsinə mən dəvət almadım. O konsertlərin təşkilatçılığı ilə Aybəniz xanım məşğul idi. Mənim ora dəvət olunmamağımın səbəbi mənim mahnılarımın orada oxunmasıdır. Lakin bir şeyi nəzərə almadılar ki, onların səsində mənim mahnılarım səslənəndə, gələn alqışlar onlara yox, mənədir”.

Ünvanına gələn bu sözlərdən əsəbləşib özünə yer tapa bilməyən Aybəniz Haşımova da xalq artistinin bu sözlərini cavabsız qoymadı: “Mən o tədbirlərin heç birinin təşkilatçısı deyiləm. Alboma kimlər daxil olmuşdusa, orada onlar oxuyurdu”. 

Flora xanım təkcə Aybəniz Haşımovanın ünvanına söylənməklə kifayətlənmədi. Xalq artisti həmkarının yeni müğənniliyə başlayan qızı Aynişanı da söz atəşinə tutdu: “Avroviziyaya müsabiqə keçirilən vaxtlar kimsə mənim adımdan Aybəniz xanıma deyib ki, onun qızı o müsabiqəyə getmək səviyyəsində deyil. O zamanlar elə bir sözü mən deməmişdim, ancaq indi deyirəm, doğrudan da, Aybəniz xanımın qızı Avroviziya mahnı müsabiqəsinə getmək səviyyəsində deyildi. Aybəniz xanım mənim qızı haqqında heç bir zaman demədiyim sözü, indi məcbur etdi ki, deyim”. 

Aybəniz Haşımovanın buna cavabı isə belə oldu: “Mənə maraqlı deyil, Flora xanım nə düşünür, ya başqası nə düşünür. Azərbaycan mədəniyyətinə heç bir mügənni, sənətçi rəhbərlik etmir ki, onun istəyi ilə biz səhnəyə çıxaq və ya səhnədən gedək. Mənə Aynişanın müəlliməsinin fikri maraqlıdır. Ümumiyyətlə, belə boş-boş sözlər mənə maraqlı deyil”.

Sonda isə onu deyə bilərik ki, bu xəmir deyəsən hələ çox su aparacaq.
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.