Polis Bakı mərkəzində priton aşkarlayıb
  • “Massaj xidmətləri” adı altında fəaliyyətə başlayan salon sonradan öz funksiyasını dəyişib. Səbail rayonu, Xəqani küçəsi 12 ünvanında əxlaqsız yuva aşkar edilib.

“Massaj xidmətləri” adı altında fəaliyyət göstərən həmin massaj salonu bu ilin yanvar ayının 8-dən fəaliyyət göstərsə də, son günlər ərzində salon öz mahiyyətini dəyişib. Buraya gələn müştərilərə intim münasibətlər də təklif olunmağa başlanılıb.

Ətrafda yaşayan vətəndaşların şikayətindən sonra məlumatı əldə edən Səbail rayon 39-cu Polis Bölməsinin əməkdaşları həmin ünvana baxış keçiriblər. Keçirilən əməliyyat tədbirləri zamanı 5 qız həmin salonda intim xidmətlər göstərdiyi üçün polis tərəfindən saxlanılıb.

Elə həmin obyektə sahiblik edən Ağayev Fail Məmməd oğlu və onun qardaşı Rail Ağayev də ifadələrinin alınması və barələrində ölçü götürülməsi üçün polis bölməsinə gətirilib.

“Massaj salonu” adı altında fəaliyyətə başlayıb sonradan öz funksiyasını dəyişən obyektə havadarlıq edən Rail və Fail Ağayev qardaşlarının fikrini öyrənə bilməsək də, polis onların artıq ifadəsini alıb.

Faktla bağlı hazırda 39-cu Polis Bölməsində araşdırmalar davam etdirilir. Saxlanılan şəxslərə qarşı hansı qaydada ölçü götürüləcəyi araşdırmaların yekununda məlum olacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.