3 milyon 763 min dollarlıq nömrə
  • Hərrac 1,1 milyon dollardan başlanıb və 3 milyon 763 min dollarda yekunlaşıb. Qatarlı şeyx nömrəni bu qiymətə almasını isə “5” rəqəmini sevməsilə əlaqələndirib.

Qeyd edək ki, statistikaya görə il ərzində dünyada ən bahalı avtomobil nömrələrinin satıldığı yer Birləşmiş Ərəb Əmrliklərinin paytaxtı Əbu Dabi olub. Xüsusi nömrəli nömrələrin satışına vasitəçilik edən “İngilis Regtransfers” saytının hesabatına görə dünyada satılan ən bahalı 50 nömrənin 37-si Əbu Dabiyə aiddir. Paytaxtlı vətəndaşlar 37 nömrə üçün 60,6 milyon dollar ya da bir nömrəyə təxminən 1,6 milyon dollar pul ödəyib. 2008-ci ildə isə biznesmen Səid Abdül Gafur Huri “1” nömrəli nömrə üçün 14.3 milyon dollar ödəmiş və dünyanın ən bahalı avtomobil nömrəsinə sahib olmuşdu.

İnternet saytının məlumatına görə Əbu Dabidə satılan ən bahalı avtomobil nömrələrindən bəziləri və dəyərləri belədir: “24” nömrəsi üçün 871 min 174 dollar, “19” nömrəsi üçün 912 min 10 dollar, 66 nömrəsi üçün 912 min 10 dollar, 42 nömrəsi üçün 925 min 622 dollar, 88 nömrəsi üçün 1 milyon 143 min 416 dollar, 10 nömrəsi üçün 1 milyon 225 min 89 dollar, 45 nömrəsi üçün 1 milyon 361 min 210 dollar, 16 nömrəsi üçün 1 milyon 633 min 452 dollar, 99 nömrəsi üçün 1 milyon 769 min 573 dollar, 55 nömrəsi üçün 1 milyon 769 min 573 dollar, 11 nömrəsi üçün 2 milyon 177 min 936 dollar, 12 nömrəsi üçün 2 milyon 422 min 953 dollar, 9 nömrəsi üçün 2 milyon 722 min 420 dollar, 7 nömrəsi üçün 4 milyon 491 min 993 dollar, 5 nömrəsi üçün 6 milyon 860 min 498 dollar.

Hong Konqda indiyə kimi satılan ən bahalı avtomobil nömrələri isə belədir: 33 nömrəsi üçün 900 min 977 dollar, 2 nömrəsi üçün 1 milyon 222 min 754 dollar, 9 nömrəsi üçün 1 milyon 673 min 243 dollar və 18 nömrəsi üçün 2 milyon 59 min 376 dollar.

Eltən Abışov

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.