Azərbaycanda dəhşətli qəza: 5 ölü, 2 yaralı
  • Bu gün saat 16.30 radələrində Bakı-Astara yolunun Salyan rayonundan keçən hissəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, hadisə Aşağı Kür kəndi ərazisində baş verib.

Hadisədə “Mercedes” markalı iki avtomobil toqquşub. Qəza nəticəsində, 5 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb. Hazırda hadisə yerində araşdırma aparılır, ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, maşınlardan biri Səlyan İdman Kompleksinə məxsusdur.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.