Porsche 911-ə rəqib hazırlanır
  • Spyker şirkəti Cenevrə avtosalonunda Porsche 911 modelinə rəqib olacaq yeni sportkar buraxacaq.

Autovisie xəbər verir ki, bu barədə şirkətin başçısı Viktor Müller danışıb. Spyker brendi altında çıxacaq yeni modelin donoru 2011-ci ildə nümayiş etdirilmiş Saab Phoenix konsepti olacaq.

Yeni avtomobilin texniki xüsusiyətləri və ya hər hansı digər parametrləri açıqlanmır. Müller isə deyib: “Mən heç nə demirəm, amma vəd edirəm ki, avtomobil sizi təccübləndirəcək”. Bununla belə dərgidə olan məlumatlara görə söhbət mövcud Spyker avtomobillərindən ölçülərinə görə kiçik, qiymətinə görə ucuz modeldən gedir.

Əvvəllər belə bir məlumat yayılmışdı ki, hollandiyalı istehsalçı Çin şirkəti Zhejiang Youngman ilə birgə yeni model işləyib-hazırlaya bilər. Söhbətin məhz qeyd etdiyimiz modeldən getməsi istisna edilmir. Yeni model Saab –ın işləyib-hazırladığı Phoenix platformasında yığılacaq və 2014-2015–ci illərdə bazarda peyda olacaq. Model premial seqmentə aid ediləcək.
Müllərin sözlərinə görə avtomobillərin buraxılışı tezliklə yeni zavodda bərpa ediləcək.

Eltən Abışov

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.