Gürcüstan Ana Yasa məhkəməsi Saakaşvilinin işinə baxmayıb
  • Gürcüstan Konstitusiya məhkəməsi Mixail Saakaşvilinin səlahiyyətlərinə dair iddianın baxılmasını qəbul etməyib.

Buna səbəb kimi  “konstitusiya tipli dəyişiklikləri yalnız xalq tərəfindən seçilmiş qanunverici orqan qəbul edə bilər” - göstərilib.

Xatırladaq ki, uyğun iddia ilə məhkəməyə yanvarın 4-də qeyri-hökumət təşkilatların bir qrup üzvü müraciət edib. Onlar prezidentin səlahiyyətlərini uzadılmasını əsaslandıran Konstitusiyaya “zidd olan maddəni” ləğv etməyə çağırıblar.

İddiada qeyd olunub ki, 70-ci maddənin 9-cu hissəsində Gürcüstanda prezident seçkisi prezidentin səlahiyyətlərinin yekunlaşdığı ilin oktyabrında keçirilməlidir. Həmin maddənin birinci hissəsində isə Gürcüstanda prezidentin yalnız beş il müddətinə seçildiyi də vurğulanıb.

QHT-lərin bir qismi hesab edir ki, prezident Mixail Saakaşvilinin səlahiyyət müddəti yanvarın 20-də sona çatıb.Həmin tarixidə onun andiçməsinin beş ili tamam olub.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.