Bakıda türk tələbə qız intihar edib
  • Qızın Azərbaycan Dövlət Neft Akademiyasının 4-cü kursunda təhsil aldığı bildirilir

Ötən gün Bakı şəhərinin Nəsimi rayonunda 24 yaşlı qız özünü öldürüb. Rayon Prokurorluğundan ANS-ə verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Reyhan Hakkı Zekriyye özünü yaşadığı otaqda asıb.

Qızın meyidini tələbə yoldaşları aşkarlayıblar. Qızın Azərbaycan Dövlət Neft Akademiyasının 4-cü kursunda təhsil aldığı bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.