Dünyanın ən bahalı avtomobili 3,5 milyon dollar dəyərindədir (FOTO)
  • İlk dəfə Qətərdə avtomobil sərgisində nümayiş olunan Lycan Hipersport dünyanın ən bahalı maşınıdır.

3,5 milyon dollar dəyərində olan avtomobil Livanda istehsal olunub. Lycan Hipersport bu günədək istehsal edilən ən özəl və son texnologiya əsasında istehsal olunan avtomobildir.

Mərkəzi Beyrutda yerləşən W Motors tərəfindən istehsal edilən avtomobil cəmi 2,7 saniyədə 100 km sürətə malikdir. Avtomobilin LED işıqlandırma sistemində almazdan istifadə olunub və dəri iç örtüyü qızıl ipliklə tikilib. Onun idarəetmə paneli holoqrafik və interaktiv dizaynlıdır. 750 at gücünə malik avtomobil eyni zamanda ən son texnologiyalarla təchiz olunub.

Bundan əvvəl Aston Martin və Land Rover üçün işlədikdən sonra 2006-cı ildə W Motors-u yaradan dizayner Ralph Debbasın imzasını daşıyan avtomobilin dizaynına 6 il vaxt sərf edilib. Hələlik ağ, qırmızı, qara və mavi rəngdə istehsal edilən avtomobil cəmi 7 ədəddir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.