Azərbaycanda bir ayda 7 min piyada məsuliyyətə cəlb olunub
  • Yanvar ayında Azərbaycanda yol hərəkəti qaydalarını pozduğuna görə 7 min piyada inzibati məsuliyyətə cəlb olunub.

Bunu cümə günü keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Əliyevin sözlərinə görə, ötən il piyadaların vurulması ilə nəticələnən yol qəzalarında 393 nəfər ölüb. Bunlardan 103 ölüm faktı piyadaların yol hərəkəti qaydalarını pozmasına görədir.

O bildirib ki, əvvəlki illərlə müqayisədə piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri 13-14 faiz azalıb.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.