Ermənilər Əkrəm Əylislini dəstəkləyirlər
  • Ermənistan Yazıçılar Birliyinin sədri Levon Ananyan "Daş Yuxular"ın müəllifinə tərif dolu məqalə yazıb

Əgər düşmənin səni tərifləyirsə, deməli, nəyisə düz eləmirsən. Ermənistan Yazıçılar Birliyinin sədri Levon Ananyanın tərif dolu məqaləsini oxuyarkən, istər-istəməz mən bu atalar sözünü xatırladım. Təbii ki bu əsər, Ananyanın dili ilə deyilsə, etiraf yolu ilə həqiqətə yol açan bir cəngavərə həsr edilib.

Özü də, bu cəngavər Əkrəm Əylisli imiş. Sonrası isə daha dəhşətlidir. Sən demə, kimsə gerçəyi deməliymiş və Ananyanın sözlərinə görə, bu şərəfə məhz zəngin həyat təcrübəsinə və gerçəyi danışmaq istəyinə malik Əkrəm Əylisli malik imiş. O, xüsusilə vurğulayır ki, yazıçı Hrant Matevosyan ilə möhkəm dost olub. Yəni əgər Matevosyanla dostluq eləməsəydi, onun hətta yaşamağa haqqı yox imiş.

Bütün bunlar, təbii ki, növbəti erməni gəvəzəliyidir. Amma biz azərbaycanlıların tövbə etməli olması ilə bağlı ifadə məni çox incitdi, mən anlamıram ki, nəyi etiraf etməliyik? Ermənilər bizə hücum ediblər. Azərbaycanda yaranmış durumdan istifadə edərək Dağlıq Qarabağı və ətraf rayonları tutublar. İndi də özlərini quzu kimi göstərib bütün dünyaya qışqırırlar ki, Azərbaycan bütün erməniləri qırmaq üçün silahlanır. Yalan sizin xarici siyasətin məhək daşıdır.

Ağlını itirmiş kütlənin polisin dəstəyi ilə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisini dağıdanda və bir neçə Azərbaycan sənədli filmini nümayiş etdirmək istəyən gənc təşkilat üzvlərin döyəndə, siz harda idiniz, cənab Ananyan? İrəvanda keçirilən "Qızıl ərik" müsabiqəsinin münsiflər heyəti Azərbaycan filmi "Xoca"nı aldığı halda, birdən bir bəyanat verdi ki, heç nə almayıbla və film barədə heç nədən xəbərləri yoxdur (filmin göndərilməsini onu Tiflisdən İrəvana aparan xarici şirkət tərəfindən də təsdiq edilir). Həm də, bununla bağlı bir neçə gün yazışma aparılıb. Təəssüf, nə qədər ki, sizin kimi adamlar var, bizdə heç nə alınmayacaq, bizim xalqların barışmasını deyirəm. Sizin azərbaycanlıları, elə həmin Əkrəm Əylislini görməyə gözünüz yoxdur. Buna nə qədər desən, bir o qədər misla çəkmək olar. Bir vaxt İrəvanda "26 Bakı komissarı" adlı bir kiçik prospekt var idi, bir neçə ay sonra mən Naxçıvana gedəndə heyrətimdən dondum, lövhədə bildirilir ki, prospektin adı "26 komissar"dır. Siz hətta Bakı sözünə belə nifrət edirdiniz.

Dünyaya bəllidir ki, hətta yüzillər boyunca davam etmiş müharibələr sonda sülhlə başa çatıb. Bizim Cənubi Qafqazda bu, yalnız nifrət divarları yıxıldıqdan, bir millətin öz xoşbəxtliyini başqa millətni bəxbəxtliyi üzərində qurmasının qeyri-mümkünlüyünü anladıqdan sonra mümkün olacaq.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.