Nazarbayev “SSRİ”-nin bərpa tarixini açıqladı: “2015-ci ildə bu qərarı elan edəcəyik”
  • “2014-cü ilin may ayına qədər Avrasiya İqtisadi Birliyi və Vahid İqtisadi Məkanın yaradılması ilə bağlı saziş sənədi bizim stolumuzun üstündə olmalıdır”.

Bu barədə Qazaxstan prezidenti Nursultan Nazarbayev Kremldə Vladimir Putinlə dünən keçirilən görüş zamanı bəyan edib.

“İqtisadi İttifaq və vahid məkanla bağlı müzakirələrdə xeyli irəliləyiş var. Biz ötən ilin dekabrında görüşmüşük. Bu il üçün də yeni vəzifələrələ bağlı görüşümüz zəruri oldu”-deyə Nazarbayev vurğulayıb.

Qazaxstan prezidenti Avrasiya İqtisadi İttifaqıının perspektivləri ilə bağlı maraqlı məqama toxunub. N.Nazarbayevin sözlərinə görə, 2014-cü il bu birliyin yaradılması üçün qəti qərar verməyin son tarixidir.

“2014-cü ilə qədər bu İttifaqla bağlı razılaşma sənədi hazırlanmalıdır. Bundan sonra 2015-ci ildə Avrasiya İqtisadi İttifaqının yaradılması barədə qərar elan olunacaq”-deyə Qazaxsatn prezidenti vurğulayıb.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.