"Peykinin orbitə buraxılması ölkəmizin uğurlu iqtisadi və siyasi inkişafının nəticəsdir"
  • Fransanın "Ariane 5 ECA" raketdaşıyıcısının köməyi ilə Azərbaycanın "Azerspace/Africasat-1a telekommunikasiya peykinin orbitə buraxılması ölkəmizin uğurlu iqtisadi və siyasi inkişafının nəticəsdir.

Bunu şənbə günü Atçılıq Federasiyasının 2012-ci ilin yekunlarına dair hesabat konfransında çıxışı zamamı federasiyanın prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycana məxsus peykin orbitə buraxılması ölkəmiz üçün tarixi hadisədir.

Quliyev deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gələcəkdə də bir cox uğurlara imza atacaq.

Qreyd edək ki, fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace/Africasat-1a" orbitə buraxılıb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.