Əli Kərimli də “Daş yuxular”ı pislədi
  • Əkrəm Əylislinin "Daş yuxular" əsəri barədə danışan Əli Kərimli bildirib ki, romanda tarix saxtalaşdırılıb, millətin heysiyyətinə toxunulub:

“Əlbəttə Əkrəm Əylislinin məlum romanında tarixi həqiqətlər saxtalaşdırılıb, Azərbaycan xalqının mənəviyyatına, heysiyyətinə toxunulub”.

Bunu İctimai Palatanın sessiyasında çıxışında AXCP sədri Əli Kərimli Əkrəm Əylislinin “Daş yuxular” əsərinə münasibət bildirərkən deyib.

Ə. Kərimlinin fikrincə, bu əsərin müzakirəyə çıxarılmasında məqsəd gündəmi dəyişmək olub: “Bütövlükdə əsərdə Azərbaycanın milli maraqlarına zidd mövqe ortaya qoyulub. Bu, həqiqətdir. Amma eyni zamanda bundan istifadə edib, belə isterik əhval-ruhiyyə yaratmaq, Əkrəm Əylislini təqib edərək, dünyanın diqqətini buna cəlb etmək nəinki antidemokratik bir yanaşmadır, hətta xalqın milli maraqlarına ziddir”.

Onun sözlərinə görə, bu kampaniya milli maraqlar zərər vurub: “Bu gün vətənpərvərlik maskası taxmış insanlara demək istəyirəm ki, Əkrəm Əylislinin yazdığı bu əsər Azərbaycanın milli maraqlarına nə qədər ziddirsə, sizin bu əsərin ətrafında yaratdığınız, artıq beynəlxalq müstəviyə qalxmış ajiotaj iki qat milli zərərlidir. Artıq əsərdən xəbərsizlər xəbərdar edildi, marağı olmayanları maraqlandırdınız, ermənilərin əlinə vəsait verdiniz. Bunu siz, özünüzün daxili maraqlarına, gündəmi dəyişmək niyyətinizə görə, etdiniz”.

 

Aynur Cəfərova
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.