İctimai Palatanın sessiyası keçirilir
  • Fevralın 9-da Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası öz işinə başlayıb.

İctimai Palatanın sessiyası keçirilir. Sessiyada çıxış edən AXCP sədri Əli Kərimli AŞPA-da Azərbaycanla bağlı dinləmələr zamanı çıxarılan qərara münasibət bildirərkən deyib ki, Avropada Azərbaycan xalqının əzabları hesabına özünə var-dövlət toplayan insanlar ifşa olunmalıdır: “Biz artıq belə açıq məktublarla Avropa Şurasına müraciət etmək fikrindəyik”.

O bildirib ki, siyasi məhbuslarla bağlı məruzəçi Ştrasserin təqdim etdiyi sənəd AŞPA tərəfindən qəbul olunmadıqdan sonra Azərbaycanda daha bir neçə siyasətçi həbs olunub: “Təklifimiz ondan ibarətdir ki, biz bütün qərb strukturları ilə, o cümlədən Avropa Şurası ilə münasibətlərimizdə tam ədalətli mövqedən çıxış etməliyik. Azərbaycanı müdafiə edən insanların - Ştrasser, Herkel, Andres Qross, Corc Kleyvayt kimi prinsipial adamların mövqeyinə dəstək verək. Amma eyni zamanda xalqın maraqlarını öz korporativ maraqlarına, qazanclarına qurban verən insanları adbaad çox sərt şəkildə tənqid edək və həmin ölkələrin mətbuatına yol tapaq”.

Ə. Kərimli qeyd edib ki, bu siyasət bütün dünya səviyyəsində yürüdülməlidir: “İctimai Palatanın beynəlxalq təşkilatlarda hökm sürən qeyri-sağlam yanaşmalara mövqeyi bundan ibarət olmalıdır”.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.