Terrorçulardan kor olan jurnalistə şok təklif
  • ABŞ-ın Ankara səfirliyndə partlayış törədən DHKP-C Didem Tuncaya yardım etmək istədiyini açıqlayıb.

Türkiyənin paytaxtı Ankarada ABŞ səfirliyində partlayış törədən DHKP-C (Devrimçi (inqlabçı) xalq qurtuluşu partiyas-cəbhəsi) terror təşkilatı bu səbəbdən gözünü itirmiş jurnalist Didem Tuncaya pul yardımı təklif edib. İnternet saytlarından birində Didem Tuncay və ailəsindən üzr istəyən DHKP-C qəbul edəcəkləri təqdirdə xəstəxana məsrəflərini ödəyə biləcəklərini qeyd ediblər.

“Göstərdiyimiz həssaslığa baxmayaraq hədəfimiz olmayacaq, jurnalist olduğu bildirilən Didem Tuncay bu əməliyyatda xəsarət alıb. İstəmədən səbəb olduğumuz bu xəsarətə görə Didem Tuncaydan, ailəsindən, xalqımızdan və mətbuat əməkdaşlarından üzr istəyirik. Didem Tuncayın ən yaxın zamanda səhhətinə qovuşmasını təmənna edirik. Didem Tuncay və ailəsi də qəbul edəcəkləri təqdirdə xəstəxana məsrəflərini qarşılayacağımızı da bildiririk” – deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, fevralın 1-də DHKP-C terror təşkilatının üzvü olan Alişan Şanlı ABŞ-ın Ankaradakı səfirliyində partlayış törədib. Terror hadisəsi nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb, ölkənin tanınmış aparıcılarından biri olan Didem Tuncay aldığı xəsarətlə gözünün birini itirib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.