"İnter" şəriksiz liderdir
  • Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turuna yekun vurulub. Turun sonuncu oyununda "Xəzər Lənkəran" doğma meydanda paytaxt təmsilçisi "İnter"i qəbul edib.

Matçda ilk 2 qol qonaqlardan gəlib: 5-ci dəqiqədə Asif Məmmədov, 30-cu dəqiqədə isə Baçana Sxadadze fərqlənib.

52-ci dəqiqədə Uğur Pamuk fərqi azaldıb. Lakin düz 20 dəqiqə sonra Samir Zərgərov hesab arasındakı fərqi yenidən 2 topa yüksəldib. 83-cü dəqiqədə "Xəzər Lənkəran"ın heyətində Ağabala Ramazanov fərqlənib (2:3). Bu, matçda vurulan son qol olub.

Beləliklə, "İnter" 37 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

10 fevral (bazar)

"Qəbələ" - "Qarabağ" - 1:1
"Bakı" - "Sumqayıt" - 1:1

9 fevral (şənbə)

AZAL - "Simurq" -1:1
"Rəvan" - "Turan" - 2:0
"Kəpəz" - "Neftçi" - 0:3

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.