Yeni BMW X6 gəlir
  • Autocar dərgisi BMW X6 idman yolsuzluq avtomobilinin yeni nəslinin bəzi təfərrüatlarını dərc edib.

Qeyd edilir ki, yeni avtomobil yeni nəsil X5 modelinin platforması üzərində duracaq, lakin konstruksiyanın bəzi elementləri kompozit materiallarla əvəz ediləcək. Sıranın digər modellərindən fərqlənməsi üçün onun dizaynı da yenilənəcək və uzununa artacaq.

Kapotun altında iki və üç turbinli üç litrlik benzin və üç litrlik turbo dizel güc aqreqatı yerləşdiriləcək. BMW X6 –da həmçinin yenidən işlənmiş 4,4 litrlik mühərrik də quraşdırılacaq.

Mühərriklərin hamısı səkkizpilləli avtomat ötürücü qutu ilə birləşdiriləcək. BMW X6 nəsil dəyişməsi ilyarım çəkəcək.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.