Kişini dəfələrlə zorlayıb öldürdülər
  • Türkiyədə Balıkesir rayonun Savaştepe qəsəbəsində ağlı başında olmayan Ramazan Çırakı döyüb, məktəb həyətinə ataraq ölümünə səbəb olduqları iddiası ilə tutulan 3 nəfərin mərhuma daha əvvəl dəfələrlə təcavüz etdikləri ortaya çıxdı.

Ötən cümə Savaştepe liseyinin həyətində bir kişinin yatdığını görənlər dərhal təcili tibbi yardım çağırıblar, lakin tibb işçilərinin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı polis genişmiqyaslı istintaqa başlayıb. Ölən şəxsin Savaştepedə yaşayan ruhi xəstə olan və tez-tez alkoqol qəbul edən 43 yaşlı Ramazan Çırak olduğu müəyyən edilib. Məktəb yaxınlığında tərk edilmiş, nömrəsiz motosikletdən şübhələnən polis araşdırmasını bu istiqamətdə aparıb.

Polis motosikletin sahibi 28 yaşlı İ.B.-dən ifadə alıb. İ.B. günahını etiraf edərək, bu əməli törədərkən tək olmadığını, yanında 29 yaşlı A.M. və 18 yaşlı M.İ.-nin də olduğunu deyib. Bundan əlavə, o, Ramazan Çırakı A.M.-nın evinə apardıqlarını, orada dəfələrlə ona təcavüz etdiklərini və daha sonra döyərək huşsuz vəziyyətdə məktəb həyətinə atdıqlarını da bildirib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.