Yeni “Peugeot” Cenevrədə təqdim ediləcək
  • “Peugeot” şirkəti yeni 4008 modelini jurnalistlərə tanıdıb. Yeni avtomobildə bir sıra dizayn dəyişikliyi aparılıb.

Mühərrik və digər aqreqatlar “4007” modelinə oxşasa da, yeni model bir qədər qısa və alçaqdır.Avropada satılan avtomobillər 1.6 və 1.8 dizel, dünya miqyasında isə 1.6 litr benzin və 2.0 litr dizellə təchiz ediləcək. Avtomobildə 6 pilləli mexaniki və ya avtomat ötürücü quraşdırılacaq. Menecerlərin dediyinə görə, bu model “4007”nin davamı deyil. Şirkət yapon və koreyalı istehsalçılarla rəqabət üçün bir qədər kiçik model hazırlayıb. Avtomobil gələn ilin əvvəllərində Cenevrə salonunda təqdim ediləcək. Avropada satış isə yayda başlayacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.