Gəncədə ağır qəza baş verib
  • Yanvarın 29-da Bakı-Qazax yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Yolun 355-ci kilometrliyində “Vaz” və “BMW” markalı iki minik avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, “Vaz” markalı avtomobilin sürücüsü və 1 nəfər sərnişini xəsarət alıb. Digər sərnişin - 1962-ci il təvəllüdlü Məmmədov Əliyar Hidayət oğlu isə hadisə yerində ölüb.

Yaralılar və Ə.Məmmədovun cəsədi xilasedicilərin köməkliyi ilə nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.