Bakıda axtarışda olan 2 qadın yaxalanıb
  • Bakıda dələduzluğa görə axtarışda olan 2 qadın yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələrilə axtarışda olan Röyanə Hacıyeva fevralın 13-də yaxalanıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının dfevralın 13-də keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Aybəniz Babayeva yaxalanıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.