ŞOK! Milli komandanın daha 16 üzvündən dopinq çıxdı
  • Türkiyənin ağırlıqqaldırma üzrə milli komandasında daha bir dopinq qalmaqalı baş verib.

Bu dəfə qardaş ölkənin 23 yaşadək yığmasının 16 üzvündən qadağan olunmuş stanozolol preparatı aşkarlanıb.

Ötən ilin noyabrında Türkiyənin daha 5 ağırlıqqaldıranından eyni maddə tapılmışdı. Bunun nəticəsində Türkiyə Ağırlıqqaldırma Federasiyasının (THF) prezidenti Hasan Akkuş istefa vermişdi. Bu vəzifəni müvəqqəti icra edən Zeki Türkeş növbəti xoşagəlməz halla bağlı yığmanın məşqçiləri və idmançılarına qarşı araşdırmaların başladılacağını açıqlayıb. O, günahkarların layiqli cəzalarını alacaqlarını bildirib.

Qeyd edək ki, dopinq-test THF-in Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından (IWF) aldığı icazə əsasında aparılıb. Bu səbəbdən, IWF-dən cəza verilməyəcək.

Əli Əliyev

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.