Ermənistan silahlıları bir neçə istiqamətdə atəşkəsi pozublar
  • Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində gərginlik davam edir.

FOXnews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.