Yasamalda 17 mərtəbəli binada partlayış olub
  • Binanın zirzəmisində transformatorun partlaması nəticəsində güclü yanğın baş verib. Bu gün axşam saatlarında Bakının Yasamal rayonunda binanın zirzəmisində partlayış baş verib.

ANS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Kənar Dairəvi küçəsi, 20 ünvanında yerləşən 17 mərtəbəli binada qeydə alınıb.

Məlumata görə, transformatorun partlaması nəticəsində binada güclü yanğın baş verib. Yanğın nəticəsində hər tərəfi tüstü bürüyüb. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib və 4 “Təcili Tibbi Yardım” maşını cağırılıb.

Şahidlərin sözlərinə görə, bina sakinləri Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının və polislərin köməyi ilə təxliyə olunub. Tüstüdən zəhərlənənlərə təcili yardım həkimlərinin köməyi ilə ilkin yardım göstərilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.