Moskvada azərbaycanlı liftdə güllələndi
  • Moskvanın cənub-şərqində 41 yaşlı azərbaycanlı güllələnib. Hüquq-mühafizə orqanlarındakı mənbə qətlin Saransk küçəsində baş verdiyini bildirib.

Mənbə bildirib ki, azərbaycanlının cəsədi liftdə tapılıb. Naməlum şəxslər onu güllələdikdən sonra tapançanı hadisə yerində ataraq, qaçıblar. Bu da qətlin sifarişli olduğunu ehtimal etməyə əsas verir.

Killerlərin öldürdüyü şəxs 41 yaşlı Əliyev Vasif Rasim oğludur. Hadisə yerində polis və İstintaq Komitəsinin üzvləri işləyir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.