7-ci sinifdə oxuyan qız qoşulub qaçdı
  • Zərdab rayonunda orta məktəb şagirdi qaçırılıb. Nikah yaşına çatmayan qızı qaçıran şəxsin 1990-cı il təvəllüdlü İsmayılov İlqar Nizami oğlu olduğu bildirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, Zərdab şəhərinin 3 saylı orta məktəbinin 7-ci sinfində təhsil alan Xəlilova Tavad Mahir qızı ailə həyatı qurmaq məqsədi ilə Gədəbəy rayon sakininə qoşularaq qaçıb. Nikah yaşına çatmayan qızı qaçıran şəxsin 1990-cı il təvəllüdlü İsmayılov İlqar Nizami oğlu olduğu bildirilir. Məlumata görə, Zərdab rayonunda fəaliyyət göstərən “Hidrolotos” MMC-nin əməkdaşı olan İlqar İsmayılov əvvəllər Cinayət Məcəlləsinin 332.1 maddəsi (Tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi üzrə məhkumluq həyatı yaşayıb. 

Yerli sakinlərin APA-ya verdikləri məlumata görə, T. Xəlilovanın anası qızının ailə qurmaq istəyini maddi vəziyyətlərinin ağır olması ilə izah edib.

Zərdab rayon Polis Şöbəsindən APA-ya orta məktəb şagirdinin qaçırılması faktını təsdiqləyiblər. T. Xəlilova və İ. İsmayılov bu gün tutularaq Polis Şöbəsində gətirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

O da qeyd olunub ki, 1996-cı il təvəllüdlü T. Xəlilova 2 il sinifdə qalıb, ona görə də hazırda 7-ci sinifdə oxuyur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.