Əflatun Amaşov: “İnternet portallarla bağlı komissiya senzor deyil” (AÇIQLAMA)
  • “Mətbuat Şurasının tərkibində internet portallarla bağlı yaradılan komissiyanın onlar üzərində senzura yaradacağı fikri ilə heç cür barışmaq olmaz”.

Bu sözləri açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov 30-dan çox beynəlxalq təşkilatın yaydığı bəyanatda Mətbuat Şurasının nəzdində yaradılmış internet portallarla bağlı tənqidlərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, bu fikri ancaq komissiyanın işindən xəbəri olmayanlar deyə bilər.

“Bununla razı deyiləm, bu müəmmalı bir mövqedir. İnternet protallar Mətbuat Şurasına üzv olmaq dəfələlərlə bizə müraciət edib. Əgər onlar bura üzv olacaqlarsa, o zaman jurnalistlərin qəbul etdiyi peşə davranış qaydalarının müddəalarına da əməl etməlidirlər. Eyni zamanda həmin internet protallarla bağlı bizə şikayətlər daxil olarsa onlar həmin komissiya tərəfindən araşdırılacaq”.

Mətbuat Şurasının internet jurnalistikası ilə bağlı ATƏT və Avropa Şurası ilə müəyyən tədbirlər keçirdiyini deyən Ə.Amaşov vurğualyıb ki, komisisyanın yaradılması həmin tədbirlərin də sayını intensivləşdirəcək və orada qoyulacaq məsələləri daha da ciddiləşdirəcək.

“Bu baxımdan internet protallarla bağlı komissiyanın yaradılması vacibdir. Biz bu məsləni artıq yarım ildən çox idi ki, müzakirə edirdik”.

Qeyd edək ki, 30 beynəlxalq təşkilatın birgə yaydığı bəyanatda Mətbuat Şurasının nəzdində yaradılan komissiyanın internet portallar üzərində senzura olacağı bildirilib.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.