Rasim Balayev: “İsgəndər Həmidov məni xəngəl qonaqlığına dəvət edib”
  • “İsgəndər Həmidova zəng vurub məsələni araşdırdım. O mənə dedi ki, müsahibədə belə sözlər deməyib”.

Bu sözləri xalq artisti Rasim Balayev bir neçə gün əvvəl eks-daxili işlər naziri İsgəndər Həmidovun onu döyməsi barədə verdiyi açıqlamanı vesti.az–a şərh edərkən deyib.

“Heç bir dava olmayıb axı... Məni bir yumruğa “Qaz-24” altına necə salmaq olar? Bunun baş verməsi üçün əvvəl gərək maşını domkratla qaldırasan. Bu nə boşboğazlıqıdı?”-deyə xalq artisti vurğulayıb.

Qalmaqallı açıqlama ilə bağlı İ.Həmidova zəng etdiyini deyən R.Balayev bildirib ki, eks-nazir onu yemək stolu arxasında oturub söhbət etməyə dəvət edib. 

“Ona zəng vurdum. İsgəndər Həmidov məni telefonda  xəngəl qonaqlığına dəvət elədi.  Ondan sonra zəng vursam da, telefonu bağlı idi”- deyə xalq artisti vurğulayıb.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.