Mübariz Qurbanlı Türkiyə prezidentinə atalar sözü ilə cavab verdi
  • Bu gün Milli Məclisin plenar iclası “Xocalı” soyqırımını bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ermənistanda keçirilən prezident seçkisindən danışıb. Deputat bildirib ki, bu seçkidə ciddi saxtakarlıqlar olub. Eyni zamanda o, Türkiyə prezidenti Abdulla Gülün Serj Sərkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrikinə də münasibət bildirib.

“Təəssüf hissi ilə deyirəm ki, saxta yolla seçilən Serj Sərkisyanı təbrik edənlər sırasında Abdulla Gül də var. Bir atalar sözü var: “Uman yerdən küsərlər”. Mən bunu deyirəm ki, Türkiyə ictimaiyyəti də bilsin”, – deyə deputat vurğulayıb.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.