İqbal Ağazadə: “Rusiyanın sifarşini yerinə yetirən vətənşüvənlər…”
  • Milli Məclisin bugünkü iclasında millət vəkili İqbal Ağazadə Türkiyəyə qarşı mövqeyinə görə Milli Məclis üzvlərini tənqid edib.

Öz çıxışında İ.Ağazadə deyib:

“Parlamentdə bəzi qüvvələr Türkiyəyə qarşı ittiham xarakterli çıxışlar etməyə başlayıb. Sanki onlar istəyirlər ki, Rusiya regionda hegemon olsun. Amma çalışmaq lazımdır ki, Türkiyə regiona daxil olsun. Bununla da Qafqazda söz sahibi olan dövlətə çevrilsin. Türkiyənin ardınca ABŞ və Avropa da bu regiona girəcək. Çox təəssüf ki, bəzi deputatlar Rusiyanın sifarişini yerinə yetirirlər. Türkiyənin regiona daxil olmasının əleyhinə çıxış edirlər”.

Bununla yanaşı, müxalifət mətbuatına basqılardan söz açan İqbal Ağazadə məmurları buna son qoymağa çağırıb. Qeyd edək ki, Milli Məclisin 22 fevral iclasında YAP icra katibinin müavini Mübariz Qurbanlı Türkiyə prezidenti Abdulla Gülün Serj Sərkisyanı təbrik etməsini pisləyib.

Spiker Oqtay Əsədov da Türkiyə prezidentinin təbrikinə toxunub: “Bu bizi incitdi, ağrıtdı. Ancaq bunun üzərinə çox getmək lazım deyil”.

Deputat Qüdrət Həsənquliyev də Abdulla Gülü qınayaraq deyib ki, Ermənistanın ayaq üstə qalmasında Türkiyənin də rolu var: “Türkiyədən Ermənistana təyyarələr uçur, Ermənistanla ticarət əlaqələri var.

Mənim üçün Xamneyi də türkdür. Ancaq Xamneyi Ərdoğandan fərqli olaraq, sadəcə, saqqallı türkdür. Biz İslam Əməkdaşlıq Təşkilatında da Türkiyə və İranla bağlı məsələni qaldırmalıyıq. Serj Sərkisyan Xocalı soyqırımının törədilməsində səhra komandiri kimi iştirak etdiyini, Şuşanın işğalında iştirak etdiyini söyləyir. Axı niyə Türkiyə prezidenti Serj Sərkisyanı təbrik etməlidir?”

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.