Siyavuş Novruzov ABŞ və Rusiyanı hədəfə aldı
  • Siyavuş Novruzov: Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca Ermənistanla hər hansı əlaqədən söhbət gedə bilməz.

Milli Məclisin bugünkü iclasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca Ermənistanla hər hansı əlaqədən söhbət gedə bilməz. Ermənistandakı prezident seçkisinə münasibət bildirib. Bunu Azərbaycandakı seçkilərlə müqayisə edərək ABŞ, Rusiya kimi güclərin, həmçinin bir çox beynəlxalq təşkilatların seçkilərə 5-6 ay qalmış Azərbaycan haqqında bəyanatlarının yanlış olduğunu vurğulayıb.

Məclisin sədri Oqtay Əsədov bu çıxışa münasibət bildirərək deyib ki, Ermənistanda hansısa dövlətlərin iqtisadi maraqları yoxdur. “Ancaq siyasi maraqları olduğundan bu addımları atırlar”.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.