ABŞ səfiri Elmar Vəliyevlə görüşüb
  • Qərb bölgəsinə səfəri çərçivəsində Riçard Morninqstarın Gəncədə rəsmi görüşləri başlayıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qəbul edib. Qarşılıqlı razılıq əsasında keçən görüşdə ikitərəfli əlaqələr müzakirə edilib. Səfir Regional Tələbə Mübadiləsi Proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarının müxtəlif ali təhsil ocaqlarında təhsil almış 25 gənclə görüşdüyünü və Gəncədə fəaliyyət göstərən ABŞ-ın sülh korpusunun 6 üzvi ilə şam etdiyini bildirib.

R. Morninqstar ABŞ-ın sülh korpusunun əməkdaşlarının Gəncədə fəaliyyət göstərmələri üçün yaradılmış şəraitdən məmnunluğunu bildirən səfir onların siyasi fəaliyyətlə məşğul olmadıqlarını vurğulayıb.

Sonra səfirə Nizami Gəncəvinin əksi olan xalça, nəfis tərtibatda hazırlanmış “Xəmsə” və xatirə medalı təqdim edilib.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.