Üç qapılı «Hyundai» Azərbaycanda
  • Cənubi Koreyanın «Hyundai Motors» şirkətinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti bazara üçqapılı avtomobil modelini idxal edərək satışa çıxarıb.

Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, Azərbaycana «Hyundai Veloster» adlanan yeni modelin ilkin olaraq 20 ədədi gətirilib: «Yeni model artıq bu gündən etibarən satışa çıxarılıb. Yerli bazarda «Veloster» modelinin tam komplektləşdirilmiş versiyası təqdim olunur ki, modelin satış qiyməti 19 800 manat təşkil edir».
Qeyd edək ki, «Veloster» modelində bir qapı sürücü tərəfində, digər iki qapı isə əks tərəfdə yer alıb. Avtomobilin mühərrikinin həcmi 1,6 litr təşkil edir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.