Tural Abbaslının əmlakına həbs qoyuldu
  • Bakı şəhərinin Nəsimi Rayon Məhkəməsi Tural Abbaslıya məxsus əmlaka həbs qoyulması barədə qərar qəbul edib.

Bu barədə APA-ya vəkil İntiqam Əliyev məlumat verib. İ. Əliyev bildirib ki, məhkəmə Nəsimi rayon məhkəmə qərarlarının icrası idarəsinin nümayəndələrinin  fevralın 12-də Tural Abbaslının evinə baxış keçirərkən qeydə alınan əşyaların üzərinə həbs qoyulması barədə qərar qəbul edib.  Vəkil məhkəmənin onların iştirakı olmadan keçirildiyini və həmin əmlakın T. Abbaslıya məxsus olmadığını da qeyd edib.

Qeyd edək ki, T. Abbaslı yanvarın 12-də əsgər ölümlərinə etiraz olaraq gənclərin keçirdikləri aksiyada iştirak etdiyinə görə Nəsimi Rayon Məhkəməsi tərəfindən cərimələnib. Lakin həmin cərimə ödənmədiyindən onun yaşadığı evə baxış keçirilib və T. Abbaslıya məxsus olan əşyalar qeydə alınıb. Bundan sonra Nəsimi rayon məhkəmə qərarlarının icrası idarəsi T. Abbaslıya məxsus əmlaka həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edib.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.