Əli Əhmədov: Söyün Sadıqov ziyanlı və ona şərəf gətirməyən işə baş qoşub
  • “Söyün Sadıqov ziyanlı və ona şərəf gətirməyən işə baş qoşub. İnanmıram ki, o, baş qoşduğu işin mahiyyətini tam aydınlığı ilə dərk edir".

“Söyün Sadıqov ziyanlı və ona şərəf gətirməyən işə baş qoşub. İnanmıram ki, o, baş qoşduğu işin mahiyyətini tam aydınlığı ilə dərk edir. Əgər dərk edirsə, onda onun əməllərinin adı tamam başqadır. Müxtəlif siyasi oyunlara girib mənsub olduğu xalqa ziyan vurmaq istəyənlər heç zaman rəğbət qazana bilməyiblər”.

Bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov yap.org.az saytına açıqlamasında söyləyib. Ə. Əhmədov qeyd edib ki, Azərbaycanın tarixində belələri olub: “Xalq onları lənətlə xatırlayır. Söyün Sadıqov həmin siyahıya daxil olmaq istəyirsə, bu onun öz işidir. Ancaq bir şey hər kəsə aydındır: Söyün Sadıqovdan bir alət kimi istifadə edilir. Alətdən isə, bir qayda olaraq, işə yararlı olduğu zamana qədər istifadə olunur”.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.