"Düşünürük ki, mütləq Türkiyə hökuməti Xocalı soyqırımına müvafiq qiymət verəcək"
  • Düşünürük ki, mütləq şəkildə Türkiyə hökuməti və Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımına müvafiq qiymət verəcək.

Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin əksəriyyəti Xocalı faciəsini soyqırım adlandırıb, ermənilərin Xocalıda törətdiyi hadisəyə normal hüquqi qiymət veriblər və Türkiyə də o ölkələrin sırasında vaxtı gələndə Xocalı soyqırımına normal hüquqi qiymət verəcək", - Həsənov bildirib.

PA rəsmisi bildirib ki, dünyada Xocalı soyqırımını 3 ölkə tanıyıb. Bunlar Meksika, Kolimbiya və Pakistandır.

"Ayrı-ayrı ölkələrdə ştatlar səviyyəsində qanunverici orqanlarda, o cümlədən ABŞ-ın 6 ştatında, həmçinin Rumıniyada bu məsələ müzakirədədir", - Əli Həsənov qeyd edib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.