Son üç gündə Ermənistan Ordusunun 4 hərbçisi zərərsizləşdirilib
  • Son üç gün ərzində cəbhə xəttində diversiya xarakterli fəaliyyətlərə cəhd göstərən Ermənistan Ordusunun 4 əsgəri zərərsizləşdirilib.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Artıq Ermənistan tərəfi üzərindən bir gün keçdikdən sonra hadisələrdən ikisini təsdiq edib. Ermənistan Müdafiə Nazirliyi fevralın 19-da Qarabağ cəbhəsinin şimal-şərqində atəşkəsin pozulması nəticəsində Qor Qazaryan adlı (21 yaşlı) əsgərin öldüyünü təsdiq edib. Bu gün isə eyni istiqamətdə Ermənistan Ordusunun daha bir - Karen Akopyan (19 yaşlı) adlı əsgərinin öldüyü açıqlanıb. Bu əsgərin fevralın 21-i səhər saatlarında öldürülməsinə baxmayaraq xəbər mətbuata bir gün sonra çıxıb.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.